ABŞ artilleriya sistemlərinin atəş tezliyini artırmağı planlaşdırıb

ABŞ artilleriya sistemlərinin atəş tezliyini artırmağı planlaşdırıb

ABŞ ordusu, özüyeriyən haubitsaların və gələcək sistemlərin atəş tezliyini artırmaqdan ötrü yaradılmış texnologiyaların prototipi üçün beş yenilikçi kiçik müəssisə seçib.

“Poliqon” “Defence News”a istinadən xəbər verir ki, bu barədə uzun mənzilli yüksək dəqiqlikli atəş sistemlərinin təkmilləşdirilməsinə məsul komandanın direktoru briqada generalı Con L. Rafferti məlumat verib.

İşlər, atəş tezliyinin artırılması və artilleriya silahını doldurma prosesinin yaxşılaşdırılması üçün üç istiqamət sahəsindən biri olan “SPARTN Fire Faster” (Special Program Awards for Required Technology Needs – zəruri texnologiya ehtiyaclarının ödənilməsi üçün xüsusi proqram) proqramı layihəsi çərçivəsində həyata keçiriləcək.

Proqrama qatılmaq üçün cəlb edilən beş müəssisə sırasına “ARM Automation”, “Carnegie Mellon Robotics (CR) Tactical”, “Dynovas”, “HA Eckhart” və “RE2 Robotics” şirkətləri daxildir.

ABŞ ordusu şirkətlərin üzərində işləyəcəyi xüsusi texnologiyanı açıqlamasa da, hər birinin məşğuliyyət sahələrinə diqqət yetirmək mümkündür:

  • “ARM Automation” şirkəti 1993-cü ildən bəri müxtəlif sahələr üçün avtomatlaşdırılmış istehsal həllərində püxtələşib;
  • “CR Taktiki” şirkəti həm müdafiə sənayesində, həm də kənd təsərrüfatında müxtəlif sistemlərdə istifadə olunan robot sensorlarına və sistemlərinə yönəlmiş fəaliyyət göstərir;
  • “Dynovas” şirkəti 30 ildən çoxdur ki, həm kosmik, həm də müdafiə sənayesi sahəsində fəaliyyət göstərir, mexaniki sistemləri və döyüş sursatlarını idarəetmə sistemlərini inkişaf etdirir;
  • “HA Eckhart” şirkəti robotlaşdırma və avtomatlaşdırma ilə yanaşı 3D çap və aşqar istehsalında da təcrübəyə malikdir;
  • “RE2 Robotics”, şirkətlərə ağıllı mobil robotlarla təhlükəsizliyi və səmərəliliyi artırmağa kömək edir.

General C.Raffertyinin sözlərinə görə, proqramın bu mərhələsində şirkətlərin konsepsiya və detallı layihələri daha da inkişaf etdirməsi üçün 24 ay vaxtı olacaq. Bununla belə, bəzi şirkətlərlayihədən asılı olaraq, işi 18 aya tamamlaya bilər. Şirkətlər 2,5 milyon ABŞ dolları dəyərində müqavilələr və ya əlaqəli fondlar da ala bilərlər.

“24 aydan sonra ABŞ Ordusu proqram üzrə növbəti addımların nə olacağını müəyyənləşdirməkdən ötrü prototipin effektivliyini qiymətləndirəcəkdir.

Bəli, hərbçilər, artilleriyanın atəş açması üçün bütün təminat və əməliyyat proseslərini ən kiçik detallara qədər xəritəyə salmaq üçün hər cür səy göstərmişlər. Şirkətlər, hər prosesin necə getdiyini başa düşdükdən sonra, texnologiyalarının proseslərin gedişatına necə təsir edəcəyini açıqlamalıdırlar”.

Maraqlısı budur ki, proqramda iştirak etmək üçün seçilən şirkətlərdən biri – “CR Robotics” – eyni zamanda səhra artilleriyası ehtiyatlarının avtonom doldurulması (FAAR – Field Artillery Autonomics resupply) layihəsinin üç iştirakçısından biridir.

ABŞ da “Fire Faster” və “FAAR” proqramlarından başqa, hazırlanmaqda olan uzun mənzilli artilleriya sisteminə (ERCA) inteqrasiya etmək üçün hazırlanmış doldurma avtomatı üzərində də işləyirlər.

Əhəd Əzizov

CATEGORIES
TAGS