
ABŞ-ın “Tetra-Tech” şirkətinin nümayəndələri ANAMA-da olub
ABŞ-da mina və partlamamış hərbi sursatların təmizlənməsi üzrə fəaliyyət göstərən tanınmış və ixtisaslaşmış təşkilatlardan biri olan “Tetra-Tech” şirkətinin nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə ilkin tətqiqatların aparılması məqsədi ilə Azərbaycana səfər edib.
Bu barədə “Poliqon”a Minatəmizləmə Agentliyindən məlumat verilib.
Fevralın 17-də sahə üzrə ilkin təəssüratları və qeydləri bölüşmək üçün nümayəndə heyəti ilə Agentlikdə görüş keçirilib.
Görüşdə mövcud vəziyyət və gələcək əməkdaşlığın effektiv yolları ilə bağlı müzakirələr aparılıb.
CATEGORIES Xəbərlər