ABŞ ordusu üçün binokulyar gecəgörmə cihazı ENVG-B

ABŞ ordusu üçün binokulyar gecəgörmə cihazı ENVG-B

“L3 Harris Technologies” və “Elbit Systems of America” şirkətləri ABŞ Ordusunun maraqları baxımından perspektivli “ENVG-B” (Enhanced Night Vision Goggle – Binocular) binokulyar tipli gücləndirilmiş gecəgörmə cihazı hazırlayıb.

“Poliqon” xəbər verir ki, bu günə qədər bu məhsullar kiçik miqyaslı istehsal və qoşun sınaqları mərhələsinə çatdırılıb. Yaxın gələcəkdə cihazların ilk partiyasının sınağı başa çatacaq və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tam miqyaslı istehsal sifariş edəcəkdir.

Texnologiyaların inkişafı

2000-ci illərin sonunda ABŞ Ordusunda “ITT Corporation” şirkətinin ən son monokulyar tipli “ENVG” (qoşun indeksi AN/PSQ-20) gecəgörmə cihazını tətbiq edilməyə başlayıb. Sonradan bu məmulat yeni imkanlar əldə edərək təkmilləşdirilib. XX əsrin ikinci onilliyinin ortalarında, təkmilləşdirilmiş xüsusiyyətləri olan yeni gecəgörmə cihazının yaradılmasına qərar verilib. “ENVG-B” proqramı müasir texnologiyalara əsaslanan binokulyar cihazın hazırlanmasını nəzərdə tuturdu.

167673028 290266202598665 136022881794416863 n

“ITT Corporation” şirkətinin “AN/PSQ-20 və ya ENVG” monokulyarı

İşlərə bir neçə ticarət təşkilatı qoşulmuşdu. Proqramın son mərhələsinə ABŞ-ın “L3 Harris Technologies” və İsrailin “Elbit Systems” şirkətinin “Elbit Systems of America” ABŞ bölməsi daxil olmuşdu. Onlar yeni gecəgörmə cihazlarının sınaq partiyalarını təqdim etmiş və rəqib layihələrlə müqayisədə öz üstünlüklərini göstəriblər.

Artıq 2018-ci ildə “L3 Harris Technologies” şirkəti, “ENVG-B” versiyasının kiçik həcmli istehsalı üçün ilk sifarişi alıb. İlk tədarüklər növbəti il orduya 52 dəst yeni avadanlıq verilməsi ilə reallaşıb. Müqavilənin şərtlərinə görə, istehsalçı-şirkət sınaqlar uğurla başa çatacağı təqdirdə ümumi dəyəri 390 milyon ABŞ dollarından çox olan 10 min dəst gecəgörmə cihazını təmin etməli olacaq.

“Elbit Systems of America” şirkəti də əvvəllər ilk sınaqlar üçün müştəriyə gecəgörmə cihazlarının kiçik partiyasını təqdim edib.

Şirkət 2020-ci ilin oktyabrında miqdarı açıqlanmayan və 2021-ci ilin sonuna qədər tədarükü nəzərdə tutan 22.5 milyon ABŞ dolları dəyərində məmulat üçün yeni müqavilə alıb. Əldə onunan məlumatlarda gələcəkdə 440 milyon ABŞ dolları dəyərində yeni müqavilələr bağlamaq mümkün olduğu bildirilir.

Sınaqlar zamanı

Qoşun sınaqlarında iştirak edən ordu bölmələri 2019-cu ildə iki növ “ENVG-B” cihazı alıb. Bu cihazları mənimsədikdən sonra hərbi qulluqçular laboratoriyalarda və poliqonlarda keçirilən müqayisəli sınaqlara cəlb edilib. İlk belə tədbirlər 2020-ci ilin yaz-yay aylarında həyata keçirilib. Daha sonra müxtəlif qoşun növlərinin olmaqla müxtəlif hərbi hissələrin iştirakı ilə oxşar sınaqlar həyata keçirilib.

Beləliklə, 14 yanvarda Pentaqon Merilend Milli Qvardiya Ordusunun hərbi qulluqçularının iştirakı ilə sınaqların yerinə yetirildiyini elan etmişdir. Döyüşçülər, “ENVG-B” cihazlarını laboratoriya şəraitində sınaqdan keçirə bilmək üçün Aberdin poliqonuna gəlmişdilər. İşıqda və qaranlıqda döyüşçülərə müxtəlif məsafələrdə yerləşən iki ölçülü fiqurlar və həcmli əşyalar göstərilmişdir. Bu, optik siqnalın müxtəlif iş rejimlərində ötürülməsinin dəqiqliyini və təhrif olunmasını qiymətləndirməyə imkan verib.

167555952 290266825931936 7923350832930812564 n

“ITT Corporation” şirkətinin “AN/PSQ-20 və ya ENVG” monokulyarı ilə təchiz edilmiş ABŞ əsgəri

24 yanvarda Fort Breqq bazasında, 82-ci Hava-Desant Diviziyasının döyüşçülərinin iştirakı ilə “ENVG-B” gecəgörmə cihazının səhra sınaqları tamamlanıb. Gecəgörmə cihazı ilə birlikdə tüfənglər üçün “STORM II” nişangahı da sınaqdan keçirilib. Yeni məmulatları alan desantlar paraşütlə tullanma yerinə yetirərək mürəkkəb şəraitdə təlim döyüşü keçiriblər. Yoxlanılmış cihazlar verilən tapşırıqların öhdəsindən gəlib və yaxşı qiymət alıb.

Texniki xüsusiyyətləri

İki istehsalçının “ENVG-B” gecəgörmə cihazları eyni arxitekturaya və oxşar görünüşə malikdir, onların xüsusiyyətləri isə eyni səviyyədədir. Eyni zamanda, belə bir məmulatla təchiz olunmuş əsgərin real qabiliyyətlərinə təsir edə biləcək müəyyən kiçik fərqlər mövcuddur. Davam edən sınaqlar zamanı yeni modelin ən əlverişli və səmərəli nümunəsini təyin etmək planlaşdırılır.

“ENVG-B” adi piyada dəbilqəsinə quraşdırmaq üçün bərkidicisi olan kompakt bir cihazdır. Məmulat üç opto-elektron elementlə təchiz edilmişdir. Bunlar binokulyar əmələ gətirən iki diapazonlu elektron-optik çevirici və okulyar, həmçinin ayrıca infraqırmızı kamera olan iki blokdur. Bütün elementlər şarnirlərə quraşdırılır və döyüşçünün görmə sahəsindən kənarlaşdırıla bilir. Bundan əlavə, məlumatların işlənməsi və məlumat mübadiləsi üçün elektron blok hazırlanıb.

Hər iki gecəgörmə cihazı növü bir neçə iş rejiminə malikdir. Yalnız “borulardan” istifadə edildikdə, məmulat aşağı işıq şəraitində müşahidəni təmin edir. Bu halda cihaz zəif işıq alır və okulayara gücləndirilmiş görüntü verir. Beləliklə, “L3 Harris Technologies” şirkətindən olan cihaz, artan xüsusiyyətlərə sahib ağ fosfor əsaslı yeni nəsil elektro-optik çeviricidən istifadə edir. Okulyarlarda 1280×1024 həlletməli daxili rəngli ekranlar mövcuddur.

İşıqlandırma daxil olmaqla, infraqırmızı kameranı da qoşmaq mümkündür. Kameradan gələn siqnal ekranlara gedir və ya “borulardan” gələn şəkillə birləşdirilir. Sonuncu vəziyyətdə, bir neçə diapazonda müşahidə təmin edilir, həmçinin görüntü keyfiyyəti də yaxşılaşdırılır. Hədəflərin daha səmərəli axtarışı və məhvi üçün rejimlər arasında sürətli keçid təmin edilib.

Elektron blokun və ekranların istifadəsi tamamlanmış reallıq yaratmağa imkan verir. Gecəgörmə cihazının elektron bloku digər cihazlardan müxtəlif məlumatlar ala bilir və qrafiki olaraq “canlı” görüntünün üzərində göstərə bilir. Qəbuletmə və hədəfgöstərmə, ərazinin xəritələrini göstərmək və s. imkanları da mövcuddur. Əlavə məlumat əsgərin seçimindən asılı olaraq sağ və ya sol okulyarda göstərilə bilər. Həmçinin, müştəri bütün siqnalların kənar cihazlara ötürülməsini tələb edir.

Son sınaqlarda, “ENVG-B” binokulyar gecəgörmə cihazı, “STORM II” tüfəng nişangahı ilə birlikdə istifadə edilmişdir. “STORM II” tüfəng nişangahı günün istənilən vaxtında və müxtəlif maneələr olduqda nişanalmanı təmin edir. Bundan başqa, “STORM II” tüfəng nişangahı “ENVG-B” binokulyar gecəgörmə cihazına qoşula və ona videosiqnal ötürə bilir ki, bu da çətin şəraitdə atəşi asanlaşdırır və atıcı üçün riskləri azaldır.

Təchizatın yenilənməsi ərəfəsində

ABŞ Ordusunun silahlanmasında artıq piyadaların istifadəsi üçün nəzərdə tutulmuş monokulyar və binokulyar quruluşa sahib bir sıra gecəgörmə cihazları və termal kameralar mövcuddur. Bu cür təchizat poliqon və həqiqi münaqişələr şəraitində öz qabiliyyətlərini çoxdan göstərmiş və təsdiqləmişlər. Optik-elektron nişangahlar, rabitə və s. üzrə də layihələr mövcuddur. Beləliklə, bu və ya digər təkmilləşdirmələrlə sahib yeni nümunələrin inkişafı müstəsna olaraq zaman məsələsi idi.

167395114 290266622598623 5929161902453574555 n

“L3 Harris” şirkətinin “ENVG-B” binokulyarı

Mövcud “ENVG-B” layihəsi bir neçə fərqli cihazı bir cihazda birləşdirmək barədə maraqlı fikrə əsaslanır. Bunun sayəsində döyüşçü bir neçə potensiala, həmçinin tamamilə yeni funksiyalara və digər avadanlıqlarla birləşmə qabiliyyətinə sahib yalnız bir gecə görmə cihazı alır.

Hal-hazırda “ENVG-B” cihazları silahlı qüvvələrin şəxsi heyətinin iştirakı ilə hərtərəfli sınaqlardan keçirilir və özlərini ən yaxşı şəkildə göstərirlər. “L3 Harris Technologies” və “Elbit Systems” şirkətlərinin layihələri dəqiq tənzimləmə və bütün yoxlamalar başa çatdıqdan sonra yaxın gələcəkdə silahlanmaya qəbul ediləcəklər.

Hazırki anda, ümumi dəyəri ən azı 390 milyon ABŞ dolları olan 10 min dəst yeni cihaz üçün ilkin sifarişlərin olduğu məlumdur. Lakin bütün piyada və desant hissələrinin tam silahlandırılması üçün daha çox perspektiv gecəgörmə cihazı lazım ola bilər. Ola bilsin ki, onların tədarükü üçün müqavilələr iki istehsalçı arasında bölünəcək ki, bu da ordunu daha qısa müddətdə yenidən təchiz etməyə imkan verəcəkdir.

Beləliklə, yaxın gələcəkdə ABŞ Ordusu qabaqcıl qabiliyyətlərə sahib yeni nəsil gecəgörmə cihazları alacaq. Çox güman ki, üstünlüklərini sübut edən “ENVG-B” cihazları nəinki ordunun yenidən silahlanmasını təmin edəcək, eyni zamanda əsgər təchizatı sahəsində yeni bir tendensiya yaradacaqdır. Nəticədə oxşar layihələr tezliklə digər ölkələrdə də görünəcəkdir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS