BƏƏ ilk AEW&C təyyarəsini aldı

BƏƏ ilk AEW&C təyyarəsini aldı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) SAAB şirkəti ilə “GlobalEye” adlı havadan erkən xəbərdarlıq və nəzarət AEW&C (Airborne Early Warning and Control) təyyarələrinin tədarükünə dair müqavilə bağlayıb.

“AzeriDefence”nin SAAB şirkətinə istinadən verdiyi xəbərə görə, müqavilə çərçivəsində BƏƏ 2021-ci ilin sonunadək 3 ədəd “GlobalEye” təyyarəsi alacaq. Sonra daha 2 ədəd təyyarənin sifariş ediləcəyi gözlənilir.

SAAB-ın açıqlamasına görə, ilk “GlobalEye” təyyarəsi BƏƏ-nin Hərbi Hava Qüvvələrinə təhvil verilib.

 

 

CATEGORIES
TAGS