“Boeing” ilk MH-47G Block II helikopterini sifarişçiyə çatdırıb
“Boeing” şirkəti ABŞ Xüsusi Əməliyyat Komandanlığına (US SOCOM) ilk MH-47G Block II “Chinook” helikopterlərini təhvil verib.
Bu barədə Azeri Defence saytı “Boeing” şirkətinə istinadən məlumat verib.
2020-ci ilin iyulunda ABŞ Xüsusi Əməliyyat Komandanlığı ilə “Boeing” şirkəti arasında MH-47G Block II “Chinook” helikopterlərinin tədarükünə dair növbəti müqavilə imzalanıb.
Müqavilə çərçivəsində “Boeing” şirkəti ABŞ Xüsusi Əməliyyat Komandanlığına 23 ədəd MH-47G Block II “Chinook” ağır nəqliyyat helikopteri tədarük edəcək.
CATEGORIES Xəbərlər