“Cardom” minaatan batareyasının təlimi keçirilib

“Cardom” minaatan batareyasının təlimi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bölmələr şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə atəş açmaqla qarşıya qoyulan tapşırıqları icra edir.

Qeyd edək ki, Nazirliyin yaydığı foto və videolarda təlimdə İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan “Cardom” özüyeriyən minaatan batareyasından atışların həyata keçirildiyi görünür. Minaatan kompleksi 4×4 təkər formuluna malik “Mercedes” markalı nəqliyyat vasitəsinin şassisi üzərinə qurulub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş