Çin FTC-2000G döyüş təyyarəsinin ixracına dair ilk müqaviləni bağlayıb

Çin FTC-2000G döyüş təyyarəsinin ixracına dair ilk müqaviləni bağlayıb

Çin adı açıqlanmayan Cənub-Şərqi Asiya ölkəsi ilə FTC-2000G çoxməqsədli döyüş təyyarələrinin çatdırılmasına dair ilk ixracat müqaviləsi imzalayıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Çin mediası AVIC korporasiyasına istinadən məlumat yayıb.

Təyyarənin ilk partiyasının sifarişçiyə 2021-ci ilin əvvəlində təhvil veriləcəyi və tədarükün tam şəkildə iki il ərzində başa çatacağı gözlənilir.

Müqavilənin dəyəri və ya təyyarələrin sayı açıqlanmayıb.

FTC-2000G təyyarəsi ilk uçuşunu 28 sentyabr 2018-ci il tarixində “China Airshow-2018” aviaşousunda edib.

CATEGORIES
TAGS