
Çin universal desant gəmisinin dəniz sınaqlarını keçirir
Çin 075 layihəli universal desant gəmisinin (UDK) dənizdə zavod sınaqları keçirilir.
Azeri Defence saytının BMPD-ə istinadən verdiyi məlumata görə, Çin Hərbi Dəniz Qüvvələrlərinin ehtiyaclarını qarşılamaq məqsədilə 2016-cı ildə 075 layihəli universal desant gəmisinin inşasına başlanılıb.
Şanxayda yerləşən “Hudong-Zhonghua Shipyard” gəmiqayırma şirkəti tərəfindən inşa edilmiş desant gəmisinin 2021-ci ildə Çin HDQ-nin istismarına verilməsi planlaşdırılıb.
Gəminin uzunluğu 235 metr, su basımı təxminən 36 min ton təşkil edir.
Məlumatda o da qeyd olunub ki, hazırda “Hudong-Zhonghua Shipyard” gəmiqayırma şirkəti tərəfindən daha iki ədəd 075 layihəli gəminin inşası aparılır.
CATEGORIES Xəbərlər