Daha bir ölkə Pakistandan JF-17 “Thunder” qırıcıları alır

Daha bir ölkə Pakistandan JF-17 “Thunder” qırıcıları alır

“Dubai Airshow 2025” sərgisi çərçivəsində Pakistan adı açıqlanmayan dost ölkə ilə JF-17 “Thunder” döyüş təyyarəsinin alınması barədə Anlaşma Memorandumu imzalayıb.

Bu barədə “Poliqon” Pakistan Hərbi Hava Qüvvələrinə (HHQ) istinadən xəbər verib.

Bildirilib ki, Pakistan aviasiya sənayesinə beynəlxalq etimadın artdığını göstərən daha bir məqam bir neçə ölkənin JF-17 “Thunder” təyyarəsini əldə etməkdə maraq nümayiş etdirməsidir.

Qeyd olunub ki, bu razılaşma təyyarənin qlobal cazibəsinin yüksəldiyini və Pakistanın aerokosmik imkanlarına göstərilən davamlı etimadı əks etdirir.

CATEGORIES
TAGS