
Danimarka Ordusu “Spike LR2” TƏİR kompleksləri alır
Danimarkanın Quru Qoşunları İsrailin “Rafael Advanced Defense Systems Ltd.” şirkətinin istehsalı olan “Spike LR2” TƏİRK alır.
“Poliqon” xəbər verir ki, kompleksin tərkibinə daxil olan buraxma qurğuları, raketlər, məşq qurğuları və digər müşayiətedici avadanlıq 2021-2025-ci silahlanmaya daxil olacaqdır.
Alınan komplekslər iki piyada taborunun silahlandırılması üçün nəzərdə tutulub. Onların bir qismi daşınan variantda, bir qismi isə Eagle V zirehli avtomobilinin və Pirahna V piyadanın döyüş maşınının “Kongsberg Protector” məsafədən idarə olunan modulu (RWS – Remote Weapon Station) üzərində olacaq.
Danimarka ordusunda hazırda 2018-2019-cu illərdə alınmış 36 ədəd Eagle V, həmçinin əvvəllər alınmış 90 ədəd Eagle IV və Eagle I vardır, eləcə də tədarükü 2017-ci ildə başlamış və 2023-cü ilə qədər davam edəcək 309 ədəd Pirahna V olacaqdır.
Danimarka Müdafiə Nazirliyinin Satınalma və Təchizat Agentliyi (Danish Defence Acquisition and Logistics Organization) “Eurospike” şirkəti (İsrailin “Rafael”, Almaniyanın “Rheinmetall Electronics” və “Diehl Defence” şirkətlərinin birgə müəssisəsi) ilə “Spike LR2” TƏİRK alınması barədə müqavilə imzalamışdır. Müqavilənin imzalanması zamanı vasitəçi qismində NATO-nun Dəstək və Satınalma Təşkilatı (NATO Support and Procurement Agency – NSPA) çıxış etmişdir. Bu da təchizatı sürətləndirir və qiyməti aşağı salır.
Danimarka NATO-nun sayca 14-cü olkəsi olacaqdır ki, silahlanmasında “Spike” ailəsinə aid TƏİRK var.
Əhəd Əzizov