
DSX-nin rəhbər heyəti şəhidlərin anım mərasimlərində iştirak ediblər
Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, ictimaiyyət nümayəndələri şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu, gizir Ələkbərov Məhəmmədəli Bayram oğlu, kiçik gizir Hüseynov İmaməli Cəlil oğlu, kiçik gizir İbrahimov Elnur Dönməz oğlu, kiçik gizir İbrahimov Sultan Mikayıl oğlu, kiçik gizir Rzalı Daşqın Elşad oğlu, kiçik gzir Xosrovzadə İlkin Azay oğlunun anım mərasimlərində iştirak ediblər.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Mərasimdə şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu, qeyd olunan məsələlərin daim diqqət mərkəzində saxlanıldığı bildirilib.