İsveç Silahlı Qüvvələri GM200 MM/C radarları ilə təchiz olunacaq

İsveç Silahlı Qüvvələri GM200 MM/C radarları ilə təchiz olunacaq

Fransanın “Thales” şirkəti İsveç Silahlı Qüvvələrini “Ground Master 200” kompkat çoxmissiyalı (GM200 MM/C) radarları ilə təchiz edəcək.

“Poliqon” “Thales”ə istinadən xəbər verir ki, bunun üçün şirkət və İsveçin Müdafiə Avadanlıqları İdarəsi (FMV) arasında müqavilə imzalanıb.

Müqavilə çərçivəsində ilk tədarüklərin 2026-cı ildə həyata keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, 2023-cü ildə Ermənistan və Fransa arasında da GM200 radarlarının tədarükünə dair müqavilə imzalanıb.

CATEGORIES