KAAN döyüş təyyarəsində istifadə edilən ASELSAN məhsulları – SİYAHI

KAAN döyüş təyyarəsində istifadə edilən ASELSAN məhsulları – SİYAHI

MMU (Milli Muharip Uçak) layihəsi əsasında TUSAŞ tərəfindən hazırlanan 5-ci nəsil KAAN döyüş təyyarəsində istifadə edilən ASELSAN məhsullarının siyahısı açıqlanıb.

“Poliqon” xəbər verir ki, bununla bağlı ASELSAN şirkətinin sosial media hesablarında paylaşım olunub.

Bildirilib ki, ASELSAN şirkəti KAAN döyüş təyyarəsi üçün ən qabaqcıl texnologiyaları təqdim etməyə və Türk mühəndisliyinin imzasını göylərə atmağa davam edəcək.

KAAN-da istifadə olunan ASELSAN sistemləri aşağıdaki kimidir:

1. ICNI layihəsi (BÜHSET):

  • Xəbərləşmə funksiyaları;
  • Naviqasiya funksiyaları;
  • Tanıma-tanıtma sistemləri;
  • ICNI antenaları.

2. İnteqrasiya edilmiş EO sistemi (BEOS):

  • KARAT-100: İnfraqırmızı axtarış və izləmə sistemi;
  • TOYGUN-100: İnteqrasiya edilmiş elektro-optik hədəfləmə sistemi;
  • İRİS-300: İnfraqırmızı raket xəbərdarlığı və görüntüləmə sistemi;
  • LİAS-300: Lazer xəbərdarlıq sistemi;
  • YILDIRIM-300: İstiqamətləndirilmiş infraqırmızı əks tədbir sistemi.

3. TULGAR: kaska inteqrasiya olunmuş görüntüləmə sistemi.

4. Uçuş kontrol sistemi sensorları (IMU):

  • Kılavuz-40 AÖB sistemi.

5. BÜRFİS layihəsi:

  • IRFS;
  • AESA Radar/EW alt sistemləri;
  • CMDS.

Poliqon.az

CATEGORIES
TAGS