Pentaqon “Switchblade 300” süzən sursatları sifariş edib

Pentaqon “Switchblade 300” süzən sursatları sifariş edib

ABŞ Silahlı Qüvvələri ilə “AeroVironment” şirkəti arasında ümumi dəyəri 122,5 milyon ABŞ dolları olan müqavilə imzalanıb.

Bu barədə “Poliqon” “Aerovironment” şirkətinə istinadən məlumat verib.

ABŞ-ın LMAMS (Lethal Miniature Aerial Missile Systems) layihəsi çərçivəsində imzalanan müqaviləyə əsasən “AeroVironment” şirkəti ABŞ Ordusuna əlavə olaraq “Switchblade 300” süzən sursatları (kamikadze PUA) tədarük edəcək.

Habelə, orduya tədarük etdiyi “Switchblade 300” süzən sursatlara 13 milyon ABŞ dolları dəyərində logistika dəstəyi verəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın “AeroVironment” şirkətinə Böyük Britaniya tərəfindən “Switchblade” süzən sursatları sifariş olunub. Bununla  “Switchblade” süzən sursatları ilk dəfə olaraq ixrac olunacaq. (Həmçinin bax).

Bu günə qədər ABŞ qanunvericiliyindəki ixrac qadağası səbəbindən uzun müddət “Switchblade” süzən sursatlarının yeganə sifarişçisi ABŞ Hərbi Hava Qüvvələri olaraq qalırdı.

“Switchblade” süzən sursatları düşmənin canlı qüvvəsini və yüngül zirehli texnikalarını məhv etmək üçün təyin edilib.

“Switchblade 300” süzən sursatı hədəfləri görmə hüdudlarından kənarda vurmaq üçün yaradılıb. Quru, dəniz və ya hava platformalarından buraxılış borusundan buraxıla bilir. Canlı qüvvəyə qarşı olmaqla, kütləsi 2,5 kq, uçuş məsafəsi 10 km-ə qədər və havada qalma müddəti 10 dəqiqədir. Uçuş sürəti saatda 60 km təşkil edir. Döyüş atımı 40 mm-lik qumbaranın atımı ilə eynidir.

“Switchblade 300” süzən sursatı daxilində PUA olan borudan və ya “Multi-Pack Launcher – MPL” modul sistemindən buraxıla bilir. 6 ədəd süzən sursat olan blokun kütləsi 73 kq, yenidən doldurulma müddəti 30 saniyədir. Sistem 2-dən 20-yədək buraxma qurğusununun birləşdiyi kompleks kimi tətbiq edilə bilir.

Poliqon.az

CATEGORIES
TAGS