Qarabağdakı erməni separatçıları yeni snayper tüfəngləri əldə ediblər- FOTO

Qarabağdakı erməni separatçıları yeni snayper tüfəngləri əldə ediblər- FOTO

Dağlıq Qarabağdakı erməni separatçıları Finlandiyadan “Tikka TAC A1 6.5 Creedmoor” snayper tüfəngləri əldə ediblər.

“AzeriDefence”nin məlumatına görə, snayper tüfəngi separatçıların lideri Araik Artunyanın poliqonlardan birinə səfəri zamanı nümayiş etdirilib. Separatçıların lideri “Tikka TAC A1” və İngiltərənin “Accuracy International” şirkətinin istehsalı olan L115A1 snayper tüfənglərindən atəş açıb.

Qeyd edək ki, İngiltərənin “Accuracy International” şirkətinin istehsalı olan L115A1 snayper tüfəngləri Ermənistan Ordusu və Qarabağdakı separatçı birləşmələrin silahlanmasında 2014-cü ildə görüntülənib.

“Tikka T3 TAC A1” snayper tüfəng “Swarovski X5i” optik nişangahı ilə dəstləşdirilib.

Qeyd edək ki, “Tikka” snayper tüfəngləri Finlandiyanın “Sako” şirkəti (Beretta Holdinqin tərkibinə daxildir) tərəfindən istehsal edilir. Ermənistan buna qədər “Sako” şirkətindən TRG M-10 və TRG M-42 snayper tüfəngləri əldə edib.

hhhh

CATEGORIES
TAGS