
Rumıniya növbəti F-16 qırıcılarını təhvil alıb
Rumıniya üç ədəd F-16 döyüş təyyarəsini Norveçdən təhvil alıb.
“Poliqon” Rumıniya Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sözügedən təyyarələr Borcea 86-cı Hava Bazasına gətirilib.
Qeyd olunub ki, bu F-16-lar Mişel Koqalniceanu şəhərində yerləşən “Kapitan Aviator Konstantin Kantakuzino” adına 57-ci Hava Bazası nəzdindəki 571-ci qırıcı aviasiya eskadrilyasının istifadəsinə veriləcək.
“Təyyarələr artıq Rumıniya Hərbi Hava Qüvvələrinin istifadəsində olan digər F-16-lara qoşulacaq və ölkənin hava hücumundan müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə töhfə verəcək”, – deyə nazirlik tərəfindən bildirilib.