Rusiya döyüş PUA-larını seriyalı istehsal edəcək

Rusiya döyüş PUA-larını seriyalı istehsal edəcək

Rusiya öz Silahlı Qüvvələrini yerli zərbə pilotsuz uçuş aparatları (PUA) ilə təmin etmək niyyətindədir.

“Poliqon” xəbər verir ki, “Kronstadt” şirkətinin mətbuat xidməti, PUA-ların seriyalı istehsalı üçün Rusiyada ilk zavodun tikintisinə başladığını barədə məlumat verib.

Yeni müəssisə Moskva vilayətinin Dubna şəhərində inşa ediləcək və cari ilin noyabr ayında istifadəyə verilməsi planlaşdırılır. Layihəyə ediləcək yatırımlarının məbləği 4 milyard rubldan və ya 52,8 milyon ABŞ dollarından çox olacaqdır.

“Kronstadt” şirkətinin baş direktoru Sergey Boqatikovun sözlərinə görə, bu istehsal “həm Müdafiə Nazirliyinin, həm də digər sifarişçilərin” İnoxodets “(“Orion”) PUA-larına olan ehtiyacını ödəməyə imkan verəcək”.

Qeyd etmək yerinə düşər ki, 2020-ci ilin sonlarında Rusiya Federasiyası Müdafiə Nazirliyi “Orion” kəşfiyyat-zərbə PUA-nın yüksək dəqiqlikli bombalarla təchiz edilmiş zərbə versiyasının fotosunu yayımlamışdır. Bomba peyk vasitəsilə və ya lazer özütuşlama sistemləri ilə təchiz olunmuşdur, düşmənin yüngül zirehli maşınlarının və şəxsi heyətinin yüksək dəqiqliklə məhv edilməsi üçün təyin edilib.

“Kronshtadt” şirkəti 2011-ci ildə Rusiya Federasiyası Müdafiə Nazirliyi ilə uzun uçuş müddəti ilə 1 ton ağırlığında orta hündürlüyə malik PUA yaradılması barədə müqavilə imzalayıb. Qeyri-rəsmi məlumatlara görə, yaradılma işlərinin dəyəri 2 milyard rubl və ya 26,4 milyon ABŞ dolları təşkil edir.

2019-cu ilin dekabrında Rusiya Müdafiə Nazirliyinin Kollegiyasında nazir, ordu generalı Sergey Şoyqu bu tip PUA-nın zərbə versiyası ilk dəfə Suriyada real döyüş şəraitində sınaqdan keçirildiyini söyləyib.

20 aprel 2020-ci il tarixində TASS xəbər agentliyi “Kronstadt” şirkəti ilə Rusiya Müdafiə Nazirliyinin üç maşından ibarət ilk “Orion” PUA kompleksinin qəbul aktını imzaladığını bildirdi.

“Orion” PUA-nın maksimum qalxma kütləsi 1 ton və maksimal faydalı yükün kütləsi 200 kq olan uzunmüddətli orta yüksəklikli pilotsuz kompleksdir (MALE sinfi). Onun qalxma “tavanı” 7,5 km-ə çatır, standart yüklə maksimum uçuş müddəti 24 saat, maksimal uçuş sürəti isə saatda 200 km-ə qədərdir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS