“TsNIItochmash” SR2M avtomatlarının son partiyasını sifarişçiyə çatdırıb

“TsNIItochmash” SR2M avtomatlarının son partiyasını sifarişçiyə çatdırıb

“Kalaşnikov” konserninin tərkibinə daxil olan Mərkəzi Dəqiq Maşınqayırma Elmi-Tədqiqat İnstitutu (“TsNIItochmash”) SR2M avtomatlarının son partiyasını Rusiya hüquq-mühafizə orqanlarının xüsusi təyinatlı qüvvələrinə təhvil verib.

“Poliqon” xəbər verir ki, bununa bağlı “Rostex” Dövlət Korporasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, 9 mm-lik modernləşdirilmiş SR2M avtomatı 2000-ci illərin əvvəllərində “TsNIItochmash” tərəfindən hazırlanıb. Bu avtomat 2004-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) xüsusi təyinatlıları, sonra isə digər hüquq-mühafizə orqanları tərəfindən silahlanmaya qəbul edilib.

SR2M avtomatı 200 metr qədər məsafədə həm canlı, həm də zirehsiz avtomobilləri məhv etmək üçün nəzərdə tutulub. Qatlanan qundağa malik olan silahın maqazin tutumu 20 və 30 patrondur. Qundağı bükülmüş halda silahın uzunluğu 36,7 sm təşkil edir ki, bu da personala avtomatı rahat və gizli şəkildə daşımağa imkan verir.

Qeyd edək ki, “TsNIItochmash” SR2M avtomatlarının yeganə istehsalçısıdır.

Poliqon.az

CATEGORIES
TAGS