
Türk şirkəti antidron sursat hazırlayıb
Türkiyənin “Turaç” şirkəti dron təhdidlərinə qarşı 12 kalibrli patron hazırlayıb.
“AzeriDefence”nin məlumatına görə, bunu “C4 Defence”ə müsahibəsində “Turaç” İdarə heyətinin sədri Fatih Altunbaş deyib.
F.Altunbaş bildirib ki, Türkiyə Jandarma Qüvvələrinin sifarişi əsasında hazırlanan döyüş sursatı yüksək qiymətləndirilib.
Sursatın effektiv atış uzaqlığı istifadə olunduğu silahlardan aslı olaraq 100-150 metr təşkil edir.
CATEGORIES Xəbərlər