
Türkiyə Quru Qoşunları yeni helikopter və termal kameraları inventarına daxil edib
Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda helikopter və termal kameranın qəbul fəaliyyətini tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Qeyd edilib ki, qəbul fəaliyyətləri tamamlanan T-70 çoxməqsədli helikopteri ilə “Dragoneye-2” termal kameraları inventara daxil olunub.
TAGS Manşet