“Twiga” yeni zirehli transportyor təqdim edib

“Twiga” yeni zirehli transportyor təqdim edib

Cənubi Afrikada yeni “Nyati” zirehli transportyoru (ZTR) təqdim edilib. “Mamba” bazalı “Nyoka” zirehli transportyoru (APC), 82 mm-lik minaatan və R107 raket silahı platformaları (WP) yaratdıqdan sonra “Twiga Services və Logistics (Pty) Limited” şirkəti daha böyük “Nyati” APC ZTR-i istifadəyə verib.

“Poliqon” xəbər verir ki, Cənubi Afrikanın “Twiga Services and Logistics (Pty) Limited” şirkəti yeni “Nyati” zirehli transportyorunun seriyalı istehsalına başlayıb. 4×4 təkər formuluna malik MRAP (Mine Resistant Ambush Protected) sinif maşını, geniş çeşidli hərbi, təhlükəsizlik, sülhməramlı və polis əməliyyatlarında iştirak etmək üçün uyğundur.

İstehsalçı 2018-ci ilin sonunda, qismən Cənubi Afrikanın döyüş təcrübəsindən istifadə edərək, müasir 4×4 təkər formuluna malik piyada döyüş maşınının (IFV – Infantry Fighting Vehicle) tələblərinə cavab vermək üçün bir daxili layihə olaraq və qismən də potensial ixracat müştərisi üçün zirehli maşının yaradılmasına başlayıb.

Hazırda istehsal Afrikadakı ilk müştəri üçün texnologiya transferi müqaviləsi çərçivəsində davam edir. İstehsalçı, müştərinin müdafiə sənayesində öz qabiliyyətlərini inkişaf etdirdiyini və “Nyati” zirehli transportyorunun yerli istehsalının bu prosesin bir hissəsi olduğunu bildirib.

Xatırladaq ki, “Nyati” zirehli transportyorunun yaradılmasına 2018-ci ildə başlanıb. Nəqliyyat vasitələrinin sınaqlarına 2019-cu ilin əvvəlində başlanmış, lakin COVID-19 pandemiyası və sonrakı karantinlər səbəbindən dayandırılmışdı. Bununla belə, sınaqlar 2021-ci ilin əvvəlində tamamlanmış və istehsal ilin ortalarından başlanıb.

Açıqlanan məlumatlara əsasən “Nyati” transportyorunun boş kütləsi 11800 kq və faydalı yükün çəkisi 1800 kq-dır. Maşının uzunluğu 6,5 metrdən çox, eni 2,7 metr, hündürlüyü isə 2,7 metrdir. Tutumu iki heyət üzvü daxil olmaqla 10 nəfərdir. Hidravlik ötürücülü iki ön bort və iki arxa qapısı var.

Transportyorun gövdəsinin ballistik müdafiəsi NATO STANAG 4569 standartının 2-ci səviyyəsinə (7,62×39 mm çaplı patronun zirehdəlici gülləsindən dairəvi müdafiə) və mina əleyhinə NATO STANAG 4569 standartının 4b səviyyəsinə 4b (altda 10 kq-lıq atımın partlamasına qarşı) uyğundur.

Maşının damında əllə və ya uzaqdan idarə olunan silah qülləsi quraşdırıla bilər.

“Nyati” zirehli transportyoru 240 kVt (322 at gücü) gücə malik 7,2 litrlik altı silindrli “Mercedes Benz” dizel mühərriki, eləcə də saatda 105 km maksimal sürəti və 290 litr yanacaqla təxminən 850 km-lik gediş ehtiyatını təmin edən “Allison” avtomatik transmissiyası ilə təchiz edilmişdir. Təkərlər mərkəzi təkər təzyiqi idarəetmə sistemi və qoruyucu əlavələrlə təchiz olunmuşdur.

t1 1

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS