
WZM zavodu BMP-1 PDM təkmilləşdirilməsi təklifləri edib
Polşa WZM zavodu (Wojskowe Zakłady Motoryzacyjne) BMP-1 piyadanın döyüş maşınına (PDM) müasir insansız döyüş modulu quraşdırmaqla və maşın gövdəsinin quruluşunda dəyişiklik etməklə təkmilləşdirilməsini təklif edir.
Bu barədə “Poliqon” “Defence24.pl” portalına istinadən xəbər verib.
Müəssisə, sonradan üzərinə xüsusi avadanlıq inteqrasiya edilmə imkanı olmaqla, dəyişdirilmiş gövdə quruluşuna sahib maşının prototipini hazırlamağı planlaşdırır.
Polşa ordusu üçün BMP-1 PDM-lərinin təkmilləşdirilməsi yeni “Borsuk” PDM-ləri tam yerləşdirilənə qədər qəbul edilmiş aralıq qərarıdır. Bu qərar çox sayda yeni döyüş maşınına ehtiyac olduğunu nəzərə alaraq qəbul edilib və ildə bir neçə onluq döyüş maşınının istehsal edilməsi planlaşdırılır.
Baxmayaraq ki, iddialara görə daha üç müəssisə BMP-1-i maşınlarının təkmilləşdirilməsini yerinə yetirmək arzusundadır, hal-hazırda BMP-1 PDM-lərin təkmilləşdirilməsi işinin Polşa Silahlı Qüvvələri üçün uzun müddətdir zirehli texnikaları təmir edən və onlara xidmət göstərən Poznan WZM zavoduna həvalə olunma ehtimalı yüksəkdir.
WZM tərəfindən hazırlanan təklif, əlavə istəyə bağlı olanlar da daxil olmaqla əsas iki istiqamətdə dəyişiklikləri özündə ehtiva edir.
- Təkmilləşdirmə variantlarından biri (maşının desant bölməsi)
- “Borsuk” piyadanın döyüş maşını
Əhəd Əzizov