Yaponiya ABŞ-dan “Tomahawk” raketləri alır
ABŞ hökuməti 2.3 milyard dollar dəyərindəki “Tomahawk” uzaq mənzilli qanadlı raketlərin Yaponiyaya satışını təsdiqləyib.
Bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, bu sifarişə “Tomahawk” raketinin 200 ədəd Block V və 200 ədəd Block IV versiyasının satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sözügedən sifariş ilə bağlı baş podratçı rolunda ABŞ-ın “Lockheed Martin” şirkəti çıxış edəcək.