Əlcəzairin zirehli ərəb “Pələngi” – FOTOLAR
Əlcəzair ordusu BƏƏ-nin “Nimr” şirkətinin zirehli maşınlarını Rusiyanın “Tiqr” zirehli avtomobilllərindən üstün hesab etdi
Hazırda, Rusiyanın “Arzamas maşınqayırma zavodu”nun istehsalı “Tiqr” zirehli avtomobilləri Rusiya Federasiya Silahlı Qüvvələrinin kəşfiyyat və sülhməramlı hərbi hissələrdə, həmçinin hərbi polisdə geniş şəkildə təmsil olunur.
“Poliqon” xəbər verir ki, avtomobil əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ-ın “Hummer” (HMMWV və ya Humvee (High Mobility Multipurpose Wheeled Vehicle – yüksək hərəkətli çoxməqsədli təkərli nəqliyyat vasitəsi) avtomobilinə bənzər bir məmulat əldə etmək ümidi ilə verdiyi sifariş əsasında yaradılıb. Amma, 2001-ci ildə məhsulun yaradılmasından sonra yaranmış anlaşılmazlıq səbəbindən, rus layihələndirici və ərəb müştərinin əməkdaşlığı pozulmuş, bundan sonra hər biri öz yolu ilə gedib.
O vaxtdan bəri, zirehli maşınların istehsalı BƏƏ-də ərəb dilində “pələng” mənasını verən “Nimr” markası altında eyni adlı şirkətdə həyata keçirilir. “Nimr” məhsulları yerində dayanmır və daim inkişaf etməkdədir.
“Nimr” şirkətinin son layihələri cari ilin fevral ayında Əbu-Dabi şəhərində keçirilən “IDEX-2021” sərgisində təqdim edilib. Onlar “Nimr” zirehli avtomobillərin “birinci nəslini kölgələyən” daha müasir ikinci nəslə aid, ərəb pələnginin yeni üzü olan “AJBAN 4×4” və “HAFEET 6×6” zirehli avtomobilləridir.
“Yeni platformalar yüksək partlayışı udma və ballistik qoruma xüsusiyyətləri ilə ən sərt şərtlərdə yüksək səviyyəli imkanları təmin edir” – deyə “Nimr” şirkətinin press-şərhində bildirilir.
Həmçinin şirkətdən bildirildiyi kimi, yeni platformalar tam universaldır, platformaya istehsalın istehsalın istənilən mərhələsində dəyişikliklər etmək mümkündür və məmulatların yüksək təmirə yararlıq imkanları mövcuddur: məsələn, “Ajban MK2” versiyasının 360 at gücünə sahib “Cummins” dizel mühərrikinin 300 at gücünə sahib mühərrikə dəyişməsi üçün 10 saat əvəzinə yalnız 20 dəqiqə tələb olunur.
“Nimr” şirkətinin də daxil olduğu “EDGE” konsernindən bildirildiyi kimi, Əlcəzair ordusu yeni zirehli avtomobil seriyasına maraq göstərir. Bununla əlaqədar olaraq, Əlcəzair hərbiçiləri öz avtomobillərinin istehsalını qurmağı planlaşdırırlar (yəqin ki, yalnız yığım yerinə yetiriləcək).
Nəticədə, Moskvanın öz məhsullarını tanıtmaq üçün ciddi səy göstərməsinə baxmayaraq, Əlcəzairdə BƏƏ “Nimr” şirkətinin zirehli maşınlarını Rusiyanın “Tiqr” zirehli avtomobilllərindən üstün hesab ediblər.
Əhəd Əzizov