Haqqımızda

Rebrendinq edilməsi ilə əlaqədar olaraq AZERİ DEFENCE jurnalı nəşrini 1 yanvar 2021-ci il tarixindən POLİQON adı ilə davam etdirir. Jurnalımızın ad dəyişimi ilə yanaşı mövzu və tərtibatında dəyişikliklər olub. Texnoloji mövzuların ağırlığı artırılıb. Perspektiv hədəf regional nəşr olaraq tanıdılması və əhatə dairəsinin genişləndirilməsidir.

2012-ci ilin fevral ayında hərbi xəbər saytı olaraq fəaliyyətə başlayan AZERİ DEFENCE 2012-ci ilin oktyabr ayından jurnal olaraq nəşr olunur. Hazırda POLİQON (AZERİ DEFENCE) Azərbaycanda yeganə hərbi-kosmik texnoloji istiqamətli jurnaldır.

Bu günədək 67 sayı və əlavə 8 beynəlxalq sərgidə Xüsusi Buraxılışı olub. Ümumilikdə 11 il ərzində 75 sayı çapdan çıxıb. ADEX, KADEX, IDEF, IDEAS, EDEX, IMDEX, “Silah və Təhlükəsizlik”, “Eurasia Airshow”, “Dubai Airshow”, DEFINDEX kimi beynəlxalq müdafiə sərgisinin rəsmi media tərəfdaşıyıq. Yeddi beynəlxalq və regional əhəmiyyətli hərbi nəşr və ciddi informasiya resursu ilə əməkdaşlıq razılaşmamız var.

AZERİ DEFENCE adı fəaliyyətimizi Azərbaycanla məhdudlaşdırır, bizi beynəlxalq platformalarda lokal media kimi qəbul edilmiyimizə səbəb olurdu. Fəaliyyətimizin daha da genişləndirilməsi üçün rebrendinq edilməsi vacib sayıldı və “POLİQON” adını seçdik. Poliqon dediyimizdə yerləşdiyimiz coğrafiyada ağıla ilk olaraq hərbi obyekt, sınaq, təlim meydanı gəlir.

Jurnalın abunəçiləri arasında Azərbaycan silahlı qüvvələri, güc strukturları, müdafiə sənayesi müəssisələri və şirkətləri, təhsil müəssisələri, o cümlədən hərbi sahə ilə maraqlanan vətəndaşlar yer alır.

Qeyd edək ki, dəyişikliklə əlaqədar olaraq jurnalın www.azeridefence.com domen adı www.poliqon.az domeninə transfer olunub. Jurnalın www.poliqon.az ünvanlı internet resursunda Azərbaycan, Cənubi Qafqaz, Türkiyə, MDB məkanı ilə yanaşı dünyada baş verən hərbi-texnoloji yeniliklər barədə xəbərlər yer alır. Jurnalın təsisçisi “POLIQON JURNALI” MMC-dir.

Jurnalın yaradıcısı mərhum Rəşad Süleymanov

Baş redaktor Zaur Babaşov

Telefon: (+994 77) 311-81-18 E-mail: zaurbabashov.poliqon@gmail.com

POLİQON jurnalının ildə 6 sayı nəşr olunur. Bir nüsxəsinin qiyməti 9 manat, illik abunəsi (6 say) 54 manat təşkil edir. Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt” və “Qaya Mətbuat Yayım” MMC mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa (əlaqə bölməsinə bax) müqavilə bağlamaqla abunə ola bilərsiniz.

Ünvan: Bakı şəhəri, Oskar Əfəndiyev küçəsi 110, Ariana Business Park 401, Telefon: (+994 77) 311-81-18

E-mail: poliqonjurnal@gmail.com, azeridefence@gmail.com

С самого первого взгляда на онлайн-казино пинап, сразу понятно, что вы попали туда, где всё сделано с Ѽом. Мы работаем с мыслью об игроках, именно поэтому главная нашего онлайн-казино Pin-up сайта имеет несколько выделенных разделов информации. А боковая часть оснащена панелью с главными пунктами и темами.