DənizXəbərlər

“Saab” yeni CB90 CX katerini təqdim edib

İsveçin “Saab” şirkəti yeni “Combat Boat 90 Capability X” (CB90 CX) döyüş katerini təqdim edib.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, yeni kater istəyə uyğun insanlı və insansız rejimdə fəaliyyət göstərə bilir.

Platforma üç konfiqurasiyada təklif olunur: kəşfiyyat, müşahidə və nəzarət (ISR), gəmi əleyhinə mübarizə və yaxın mənzilli hava hücumundan müdafiə (HHM).

Mövcud CB90 katerlərindən daha böyük olan CB90 CX artırılmış yükdaşıma qabiliyyətinə, yenilənmiş bort sistemlərinə və “Saab”ın “Autonomous Ocean Core” avtonom idarəetmə sisteminə malikdir. Kater şəxsi heyətin daşınması ilə yanaşı, suüstü hədəflərə zərbə, müşahidə və hava hücumundan müdafiə tapşırıqlarını da yerinə yetirə bilir.

ISR variantı “Giraffe 1X” radarı ilə təchiz edilir. Gəmi əleyhinə konfiqurasiya üfüqarxası məsafədən zərbə imkanına, HHM variantı isə avtomatik zenit topa malikdir.

Hazırda şirkət tərəfindən İsveç HDQ üçün CB90 CX katerlərinin istehsalı həyata keçirilir. İsveç yeni platformanın ilk sifarişçisi olub. Yeni katerlər mövcud CB90 NG katerləri ilə paralel istismar ediləcək.

Back to top button