
Ground Technical Support
“Ground Technical Support” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) sentyabr 2021-ci il tarixində yaradılıb. Yaradıldığı ilk gündən müstəqil, eləcə də dünyanın aparıcı raket-artilleriya silahları, zirehli tank texnikaları, avtomobil texnikaları, müxtəlif trenajor kompleksləri, elektron avadanlıq, elektrik qida mənbələri istehsalçıları ilə müştərilərin tələblərinə uyğun olaraq Quru Qoşunlarının silah və texnikalarının yerləşmə yerlərində, həmçinin şirkətin “Texniki Xidmət və Təmir mərkəzi”nin (TXTM) bazasında yüksək keyfiyyətli və səmərəli servis xidməti, habelə təmir və modernləşdirmə (köhnə nümunələrin yenilənməsi) proseslərini həyata keçirir. Şirkətin tərkibində “Xüsusi texnikaların təmiri” və “Tırtıllı və təkərli texnikaların təmiri” departamentləri, həmçinin Maddi-Texniki Təminat bölməsi və işlərin bilavasitə yerinə yetirildiyi “Texniki xidmət və təmir mərkəzi” fəaliyyət göstərir.
- Yerüstü yedəyə alınan və özüyeriyən silahlar;
- Döyüş texnikaları;
- Zirehsiz və zirehli avtomobillər;
- Xüsusi nəqliyyat vasitələri (motosikllər, kvadrosikllər və baggy-lər);
- Elektrik qida mənbələri (generatorlar);
- Trenajorlar.
- Nümunələrin təmir və modernləşdirmə işlərinin yerinə yetirilməsi;
- Nümunələrə servis xidmətlərinin göstərilməsi;
- İnteqrasiya və uyğunlaşdırma işlərinin icrası.
XİDMƏTLƏR
Şirkət, sifarişçinin tələblərinə uyğun olaraq aşağıda sadalanan silah və texnika növlərinə servis xidmətləri göstərir, onların kompleks şəkildə təmir və modernləşdirmə işlərini həyata keçirir:
- Daşınan və özüyeriyən minaatan sistemləri;
- Yedəyə alınan artilleriya sistemləri.
- Özüyeriyən artilleriya sistemləri.
- Raket kompleksləri və yaylım atəşli reaktiv sistemlər.
- Tank əleyhinə idarə olunan raket kompleksləri (o cümlədən döyüş modulları).
- Zirehli tank texnikaları: baza maşınları və silah sistemi (o cümlədən döyüş modulları).
- Zirehsiz və zirehli avtomobillər: şassi və xüsusi hissə (o cümlədən döyüş modulları).
- Motosikllər, kvadrosikllər və baggy-lər.
- Müxtəlif trenajor kompleksləri.
- Müxtəlif təyinatlı elektrik qida mənbələri (generatorlar).
KATALOQ












Əlaqə
- AZ0129, Azərbaycan Respublikası Abşeron rayonu, Xırdalan şəhəri, MK-23 qəsəbəsi, Qaçaq Nəbi küçəsi 55
- info@gts.org.az
Azərbaycan və Pakistan şirkətləri hərbi texnikaların təmiri və modernləşdirilməsini müzakirə edib
2024-cü il 24-26 sentyabr tarixlərində Bakı şəhərində baş tutmuş ADEX-2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Pakistan Müdafiə Nazirliyinə bağlı “Heavy Industries Taxila” (HIT) ... Read More
Azərbaycanın GTS şirkəti imkan və xidmətlərini ADEX-də təqdim edib
Azərbaycanın "Ground Technical Support" (GTS) şirkəti Bakıda keçirilən ADEX-2024 Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirak edib. "Poliqon" xəbər verir ki, ADEX-2024-də GTS şirkəti texnikaların, silah sistemlərinin ... Read More
Əhəd Əzizov: GTS-də çalışan personalın çoxu ehtiyatda olan hərbi qulluqçulardır
Azərbaycanın “Ground Technical Support” (GTS) şirkətində çalışan personaldan 29 nəfəri uzun müddət Silahlı Qüvvələrdə silah və döyüş texnikasının texniki xidməti və təmiri ilə məşğul olmuş, ... Read More
GTS şirkəti BMP-1 PDM-lərin modernləşdirilməsini təklif edir
Azərbaycanın “Ground Technical Support” (GTS) şirkəti tərəfindən təklif edilən modernizasiya layihəri arasında BMP-1 piyadanın döyüş maşınlarının (PDM) modernləşdirilməsi əsas prioritet hesab edilir. Bu barədə GTS ... Read More
Azərbaycan müdafiə sənayesinin yeni inkişaf mərhələsi – GTS önə çıxır
Azərbaycanda müdafiə sənayesi infrastrukturu və bu sahəni qeyri-neft sektorunun aparıcı sahələrindən birinə çevrilməsi üçün əlverişli şərait mövcuddur. Dünyada heç bir iqtisadi böhranlardan təsirlənməyən bu sahəni ... Read More
“Ground Technical Support” MMC yerli şirkətlərlə əməkdaşlığı genişləndirir
“Ground Technical Support” MMC (GTS) texnika nümunələrinə xidmətlərin göstərilməsi sahəsində imkanlarını artırmaq üzrə fəaliyyətlərini davam etdirir. GTS-dən "Poliqon"a verilən məlumata görə, həyata keçirilən fəaliyyətlərin məntiqi ... Read More
Azərbaycan və İsrail şirkətləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Azərbaycanın “Ground Technical Support” MMC (GTS) şirkəti digər hərbi texnika nümunələri ilə yanaşı zirehli transportyorların servis xidməti, təmiri və modernləşdirilməsi üzrə imkanlarını artırır və özünün ... Read More
Azərbaycan MN və DSX-nin rəhbər heyəti Türkiyədə müdafiə sənayesi sərgisində olub
Azərbaycan Müdafiə Nazirliyinin, eləcə də Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyətinin Türkiyəyə işgüzar səfəri davam edir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən "Poliqon"a verilən məlumata görə, səfər ... Read More