SənayeAselsanXəbərlər

ASELSAN yeni istehsal mərkəzini istifadəyə verib

Türkiyənin ASELSAN şirkəti artan sifariş həcmini qarşılamaq və istehsal infrastrukturunu gücləndirmək məqsədilə yeni “Tuşlama Sistemləri İstehsal Mərkəzi”ni istifadəyə verib.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, 17865 kvadratmetr qapalı sahəyə malik istehsal mərkəzinin ümumi investisiya dəyəri 56 milyon ABŞ dolları təşkil edir.

Bildirilib ki, yeni istehsal mərkəzinin fəaliyyətə başlaması ilə tuşlama sistemlərinin istehsalında robototexnika və avtomatlaşdırma infrastrukturu gücləndirilib, şirkətin çatdırılma gücü və istehsal sürəti artırılıb.

Back to top button