
Türkiyənin ASELSAN şirkəti beynəlxalq müştəri ilə hava hücumundan müdafiə (HHM) sistemlərinin satışı üzrə ixrac müqaviləsi imzalayıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkəti məlumat yayıb.
Bildirilib ki, müqavilənin ümumi dəyəri 1,1 milyard ABŞ dolları təşkil edir.
Müştərinin adı və müqavilənin əhatə etdiyi HHM sistemlərinin növləri barədə əlavə məlumat açıqlanmayıb.





