SərgilərXəbərlər

STM yeni nəsil hərbi dəniz texnologiyalarını “Euronaval 2026”da sərgiləyir

Türkiyənin dənizlərdəki milli mühəndislik gücü olan STM şirkəti Fransanın paytaxtı Parisdə keçirilən “Euronaval 2026” sərgisində yeni nəsil dəniz texnologiyalarını nümayiş etdirir.

STM-dən “Poliqon”a bildirilib ki, sərgidə şirkət tərəfindən STM NETA avtonom sualtı insansız dəniz aparatı (İDA) və sürü şəklində fəaliyyət göstərmək qabiliyyətinə malik STM YAKTU kamikadze insansız dəniz aparatı beynəlxalq hərbi dəniz qüvvələrinə təqdim olunur.

Şirkət, həmçinin Portuqaliya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa etdiyi Dənizdə Təchizat və Logistik Dəstək Gəmisini, “İstif” sinifli freqatı, STM MPAC hücum katerini, eləcə də Türkiyənin xüsusi əməliyyatlar və hücum məqsədli ilk milli sualtı qayıq layihəsi olan STM500-ü sərgiləyərək hərbi gəmiqayırma sahəsindəki imkanlarını nümayiş etdirir.

Back to top button