
Efiopiya Rusiyadan 12 ədəd Su-35 qırıcı təyyarəsini təhvil alıb.
“Poliqon” xəbər verir ki, bu barədə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli məlumat verib.
Baş nazirin sözlərinə görə, qırıcı təyyarələr Rusiya ilə əvvəl əldə olunmuş razılaşmaya uyğun olaraq nəzərdə tutulan qrafikdən bir il əvvəl təhvil verilib.
O bildirib ki, Su-35 qırıcılarının alınması Efiopiyanın müdafiə imkanlarını artıracaq, ölkənin suverenliyinin qorunmasına və regional sabitliyin təmin olunmasına töhfə verəcək.
Həmçinin Abiy Əhməd Əli Efiopiyanın dörd divizion S-400 zenit-raket kompleksi də əldə edəcəyini vurğulayıb.







