​“BAE Systems” şirkəti Avstraliyanın təlim-döyüş təyyarələrini təkmilləşdirəcək

​“BAE Systems” şirkəti Avstraliyanın təlim-döyüş təyyarələrini təkmilləşdirəcək

Avstraliya Hərbi Hava Qüvvələri Böyük Britaniyanın “BAE Systems” şirkəti ilə 33 ədəd “Hawk Mk127” təlim-döyüş təyyarəsinin təkmilləşdirilməsinə dair 1 milyard ABŞ dolları məbləğində müqavilə imzalayıb.

“Poliqon”un məlumatına görə müqavilənin qüvvədəolma müddəti 10 il təşkil edəcək.

“BAE Systems” şirkəti müqavilə əsasında 2032-ci ilə qədər sürətli reaktiv təlim-döyüş təyyarələrinin performansını tədricən yeniləyəcək.

Müqaviləyə “BAE Systems” şirkəti tərəfindən “Hawk Mk127” təyyarələrinə davamlılıq və təchizat zənciri xidmətlərinin göstərilməsi, təyarənin proqram təminatı və avadanlıqlarının təkmilləşdirilməsi, həmçinin mühəndislik dəstəyi xidmətləri daxil edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS