125 mm-lik mərmilərin növbəti partiyası Ukrayna Ordusuna göndərilib

125 mm-lik mərmilərin növbəti partiyası Ukrayna Ordusuna göndərilib

“Ukroboronprom” Dövlət Konserni 125 mm-lik tank mərmilərinin növbəti partiyasını Ukrayna Ordusuna göndərib.

Bu barədə “Poliqon” Ukraynanın “Ukroboronprom” Dövlət Konserninə istinadən xəbər verib.

Qeyd edək ki, konsern təhlükəsizlik səbəbindən 125 mm-lik mərmilərin istehsalını razılaşma əsasında adı açıqlanmayan NATO ölkəsində həyata keçirir. Buna baxmayaraq konsernin konstruktorları, mütəxəssisləri və digər işçiləri də mərminin dizayn və istehsal prosesində yaxından iştirak edir.

Bu mərmilər Ukrayna Ordusunun silahlanmasında yer alan T-64, T-72 və T-80 tankları tərəfindən istifadə olunur.

Xatırladaq ki, “Ukroboronprom” 125 mm-lik tank mərmilərinin istehsalına başlanılması və birinci partiyasının Ukrayna Ordusuna təhvil verilməsi ilə bağlı ilk məlumatı cari ilin mart ayının 14-də paylaşıb.

Poliqon.az

CATEGORIES
TAGS