20000-ci JLTV zirehli avtomobili istehsal olunub

20000-ci JLTV zirehli avtomobili istehsal olunub

ABŞ-ın “Oshkosh Defense” şirkəti 20000-ci JLTV (Joint Light Tactical Vehicles) zirehli avtomobilini istehsal edib.

Bu barədə “Poliqon” “Oshkosh Defense”yə istinadən xəbər verib.

Şirkət tərəfindən istehsal olunan JLTV zirehli avtomobilinin çəkisi 6.2 tondur. Zirehli maşın 483 kilometr mənzilə, maksimum 113 km/saat sürətlə hərəkət etmək imkanına və -32 ilə +52 dərəcə arasında işləmək bacarığına malikdir.

Döyüş meydanında yüksək etibarlılığa və üstün performansa sahib JLTV-nin, həm C-130, C-5, C-17 və A400M kimi nəqliyyat təyyarələri ilə, həm də CH-47 və CH-53 kimi ağır nəqliyyat helikopterləri ilə havadan daşınması mümkündür.

Qeyd edək ki, cari ilin əvvəlində “Oshkosh Defense” şirkəti ümumilikdə 19000 ədəd JLTV zirehli nəqliyyat vasitəsi istehsal edərək sifarişçilərə təhvil verdiyini açıqlamışdı.

Poliqon.az

CATEGORIES
TAGS