2023-cü ildə təhvil verilən “Rafale” qırıcılarının sayı açıqlanıb

2023-cü ildə təhvil verilən “Rafale” qırıcılarının sayı açıqlanıb

Fransanın “Dassault Aviation” şirkəti 2023-cü ildə sifarişçilərə ümumilikdə 13 ədəd yeni “Rafale” döyüş təyyarəsi təhvil verib.

“Poliqon” xəbər verir ki, bu, “Dassault Aviation” şirkətinin 2023-cü illə bağlı yayımladığı hesabatda öz əksini tapıb.

Hesabata əsasən, 11 ədəd yeni “Rafale” döyüş təyyarəsi Fransaya, 2 ədəd isə Yunanıstana təhvil verilib.

Bundan başqa, ötən il şirkət tərəfindən təkmilləşdirilən 6 ədəd ikinci əl “Rafale” qırıcısı da Yunanıstana çatdırılıb.

Qeyd edək ki, 2023-cü ildə “Dassault Aviation” şirkəti ümumilikdə 60 ədəd (42 ədəd Fransa və 18 ədəd İndoneziya) yeni “Rafale” döyüş təyyarəsi sifarişi alıb.

CATEGORIES
TAGS