DünyaXəbərlər

2026-cı ilin ən böyük müdafiə sənayesi şirkətləri açıqlanıb – SİYAHI

ABŞ-ın “Defense News” jurnalı dünyanın ən böyük 100 müdafiə sənayesi şirkətinin yer aldığı “Defense News Top 100 for 2026” siyahısını açıqlayıb.

“Poliqon” xəbər verir ki, builki reytinqdə Türkiyənin 5 müdafiə sənayesi şirkəti yer alıb.

Türkiyə şirkətləri arasında ən yüksək nəticəni ASELSAN göstərib. Şirkət ötənilki reytinqdə 43-cü pillədə qərarlaşdığı halda, bu il 40-cı sıraya yüksəlib.

TUSAŞ 47-ci pillədən 48-ci sıraya geriləyib. ROKETSAN isə 71-ci yerdən 64-cü pilləyə yüksəlib. MKE-nin mövqeyi də bir pillə dəyişərək 80-ci yerdən 81-ci sıraya düşüb.

Türkiyə üçün builki reytinqin ən diqqətçəkən nəticələrindən biri “ARCA Savunma”nın siyahıya ilk dəfə daxil olmasıdır. Şirkət 53-cü pillədə qərarlaşıb.

“Defense News Top 100 for 2026” siyahısının ilk onluğu isə belədir:

  1. “Lockheed Martin” – ABŞ
  2. RTX – ABŞ
  3. “General Dynamics” – ABŞ
  4. “Northrop Grumman” – ABŞ
  5. “BAE Systems” – Böyük Britaniya
  6. “Boeing” – ABŞ
  7. “Aviation Industry Corporation of China” – Çin
  8. “L3Harris Technologies” – ABŞ
  9. “Leonardo” – İtaliya
  10. “Airbus” – Niderland/Fransa

Qeyd edək ki, Rusiya şirkətləri 2023-cü ildən etibarən siyahıya daxil edilmir.

Bu linkə daxil olaraq “Defense News Top 100 for 2026” siyahısının tam versiyası ilə tanış ola bilərsiniz.

Back to top button