2S22 “Boqdana” ÖAQ-ın zavod sınaqlarının atəş mərhələsi tamamlanıb

2S22 “Boqdana” ÖAQ-ın zavod sınaqlarının atəş mərhələsi tamamlanıb

2S22 “Boqdana” özüyeriyən artilleriya qurğusunun (ÖAQ) zavod sınaqlarının bir mərhələsi olan atəş sınaqları Ukrayna Silahlı Qüvvələrinin Şirokiy Lan poliqonunda başa çatıb.

“Poliqon”un məlumatına görə, Ukrayna Hərbi Televiziyası tərəfindən Kramatorsk Ağır Dəzgahlar Zavodu”nun hazırladığı yeni 155 mm-lik 2S22 “Boqdana” ÖAQ atəş sınaqları barədə videoçarx yayımlanıb.

“Atışlar planlaşdırıldığı kimi reallaşıb. Qarşıda daha çox sınaqlar var”? deyə videoçarxın şərhində qısaca bildirilib.

Videoçarxın özündə isə bir sıra atışlar seriyası göstərilir və haubitsanın qalxma bucağındakı dəyişikliklərə əsasən atışın fərqli məsafələrə aparıldığını söyləmək olar.

Bu arada haubitsanın əllə doldurulmasını da qeyd etmək lazımdır. Bunun isə öz növbəsində istehsalçının doldurma avtomatının inteqrasiyası imkanı barədə bəyanatını nəzərə alaraq, müvəqqəti bir həll olduğunu söyləməyə imkan verir.

ÖAQ-da rəqəmsal atəşi idarəetmə sistemi quraşdırılmalıdır, lakin videoçarxa əsasən söyləmək olar ki, idarəetmə əllə, atış isə qaytanın köməyi ilə yerinə yetirilir.

Qeyd edək ki, təsdiq edilmiş proqrama uyğun olaraq, 2S22 “Boqdana” ÖAQ-ın sınaqları yalnız sistemin atış məsafəsini, dəqiqliyini və topluluğunu yox, həm də silahın atışa davamlılığını yoxlamağı əhatə edir. Ümumilikdə söhbət maksimal atımla 1400 atış etmək qabiliyyətindən gedir.

Əlavə edək ki, bu sınaqlar həqiqətən də 2S22 “Boqdana” ÖAQ üçün birinci olub. 2016-cı ildə tədqiqat və inkişaf işlərinin başlanmasından bəri, hidro və boş atışlar da daxil olmaqla, bu sınaqlardan əvvəl ondan yalnız 7 atış aparılıb.

Nəticədə, 2S22 “Boqdana” ÖAQ yerli avadanlıqlarda Ukrayna poladından hazırlanmış lüləsi olan 155 mm çaplı NATO standartlı mərmi ilə atəş aparan ilk Ukrayna artilleriya sistemi olmalıdır.

İstehsalçı, atəş məsafəsinin adi mərmi ilə 40 km, aktiv-reaktiv mərmi ilə 60 km-ə qədər olacağını elan edib. Hal-hazırda, 2S22 “Boqdana” ÖAQ 6×6 təkər formullu KrAZ-63221 avtomobilinin şassisinə quraşdırılmışdır ki, bu da avtomobil zavodunun iflas etməsi və onun işinin 2022-dən tez olmayaraq başlaması şəraitində şassinin dəyişdirilməsinə ehtiyac yaradacaq.

Əhəd Əzizov

CATEGORIES