35 mm-lik APDS-T mərmilərinin ilk partiyası tezliklə Ukrayna Silahlı Qüvvələrinə çatdırılacaq

35 mm-lik APDS-T mərmilərinin ilk partiyası tezliklə Ukrayna Silahlı Qüvvələrinə çatdırılacaq

Almaniyanın “Rheinmetall” şirkəti Ukrayna Silahlı Qüvvələrinə “Gepard” zenit-top kompleksləri üçün 35 mm-lik APDS-T tipli mərmilərin ilk partiyasını tezliklə çatdıracaq.

Bu barədə “Poliqon” “Rheinmetall” şirkətinə istinadən xəbər verib.

Qeyd edək ki, cari ilin fevral ayında Almaniyanın Müdafiə Nazirliyi Ukraynanın “Gepard” zenit-top kompleksləri üçün “Rheinmetall” şirkətinə bir neçə yüz milyon avro dəyərində 300 min ədəd 35 mm-lik mərmi sifariş edib.

Sifarişə əsasən, Ukrayna Silahlı Qüvvələrinə çatdırılacaq mərmilərin 150 min ədədi APDS-T (Armour Piercing Discarding Sabot – Tracer), digər 150 min ədədi isə HEI-T (High Explosive Incendiary – Tracer) tipli olacaq.

Şirkət razılaşmaya uyğun şəkildə APDS-T tipli mərmilərin ilk partiyasını sifarişçiyə cari ilin yayında təhvil verəcək. 2024-cü ilin ortalarından etibarən isə HEI-T tipli mərmilərin istehsalına və çatdırılmasına başlayacaq.

Poliqon.az

CATEGORIES
TAGS