74-cü Beynəlxalq Astronavtika Konqresi öz işinə başlayıb

74-cü Beynəlxalq Astronavtika Konqresi öz işinə başlayıb

Azərbaycanın Kosmik Agentliyinin (Azərkomos) və Beynəlxalq Astronavtika Federasiyasının tətəfdaşlığı ilə Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi (IAC 2023) öz işinə başlayıb.

“Poliqon” xəbər verir ki, tədbirə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə qatılıb.

Beynəlxalq Astronavtika Konqresində150 şirkət sərgi pavilyonunda təmsil olunur.

Sərgidə iştirak edən agentlik və şirkətlər arasında ABŞ-ın “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.

Bakı Konqresi çərçivəsində konfranslar, texniki sessiya və sərgilər təşkil olunur. Texniki sessiyalar Heydər Əliyev Mərkəzində baş tutacaq.

Bu il konqresə Azərbaycandan 214 elmi məqalə təqdim olunub. Ən çox elmi məqalə təqdim edən ölkələrin ilk beşliyinə ABŞ, İtaliya, Hindistan, Çin və Azərbaycan daxildir. Ümumilikdə isə 95 ölkədən 3600-dən çox elmi məqalə Bakı Konqresinə təqdim edilib.

CATEGORIES
TAGS