
Prezident SHXÇDX hərbçilərinin geyim forması və fərqləndirmə nişanları haqqında əsasnaməni təsdiq edib
“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə” təsdiq edilib.
“Poliqon”un məlumatına görə, bu, Prezident İlham Əliyevin aprelin 14-də imzaladığı Fərmanda öz əksini tapıb.
Bundan başqa, Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi qulluqçularının hərbi geyim formasının və fərqləndirmə nişanlarının təsvirləri” də təsdiq edilib.
Fərmana əsasən, Nazirlər Kabinetinə SHXÇDX hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarını iki ay müddətində müəyyən etmək, SHXÇDX-ya isə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.