Polşa M1A1 “Abrams” tanklarının ilk partiyasını təhvil alıb

Polşa M1A1 “Abrams” tanklarının ilk partiyasını təhvil alıb

Polşa ABŞ-dan M1A1 “Abrams” tanklarının və M88A2 “Hercules” təmir-təxliyyə maşınlarının ilk partiyasını təhvil alıb.

“Poliqon” Polşa Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə ölkənin Seçin şəhərində Polşanın milli müdafiə naziri Mariuş Blaşçakın da iştirak etdiyi mərasim keçirilib.

Bildirilib ki, təhvil alınan 14 ədəd M1A1 “Abrams” tankı və 3 ədəd və M88A2 “Hercules” təmir-təxliyyə maşını Polşa Ordusunun 18-ci Mexanikləşdirilmiş Diviziyasının istifadəsinə veriləcək.

Xatırladaq ki, ABŞ və Polşa arasında ümumilikdə 366 ədəd “Abrams” tankının tədarük edilməsini nəzərdə iki müqavilə imzalanıb. 2022-ci ilin aprel ayında imzalanan birinci müqaviləyə əsasən, ABŞ tərəfindən Polşaya 250 ədəd M1A2 SEPv3 tankının çatdırılması nəzərdə tutulub. 2022-ci ilin iyulunda bağlanan sazişə uyğun olaraq isə ABŞ-ın Polşaya 116 ədəd M1A1 “Abrams” tankı təhvil verməsi planlaşdırılıb.

Poliqon.az

CATEGORIES
TAGS