“Diehl Defence” IRIS-T ZRK-nin istehsalını artıracaq
Almaniyanın “Diehl Defence” şirkəti Rusiya-Ukrayna müharibəsi səbəbindən artan tələbatı ödəmək üçün IRIS-T zenit-raket kompleksinin (ZRK) və onun raketlərinin istehsalını əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir.
“Poliqon” “Reuters”ə istinadən xəbər verir ki, şirkət bu il raket istehsalını üç dəfə, gələn il isə daha iki dəfə artıracaq.
Beləliklə, “Diehl Defence”nin 2024-cü ildən təxminən 400-500 raket istehsal etməsi gözlənilir.
Qeyd edək ki, Almaniya indiyədək Ukraynaya iki ədəd IRIS-T ZRK tədarük edib. Onlar əsasən Kiyevi Rusiyanın raket hücumlarından qorumaq üçün istifadə olunur.
Bundan başqa, Berlin Kiyevə daha altı ədəd IRIS-T ZRK tədarük etməyi öhdəsinə götürüb.