“Roketsan” gələn ildən “Çakır”ın seriyalı istehsalına başlamağı hədəfləyir

“Roketsan” gələn ildən “Çakır”ın seriyalı istehsalına başlamağı hədəfləyir

“Roketsan” müdafiə məhsulları ilə Türkiyəni ixracat sahəsində uğurla təmsil edir.

“Poliqon” xəbər verir ki, bunu “Roketsan” şirkətinin baş direktoru Murat İkinci “Anadolu Agentliyi”nə açıqlamasında deyib.

O bildirib ki, bu uğurun davamlı olması üçün “Roketsan”la birlikdə hərəkət edən tərəfdaş şirkətlərin korporativ, istehsal və keyfiyyət baxımından imkanlarının artırılaraq, dünya standartları səviyyəsinə yüksəldilməsi çox vacibdir: “Hədəflərimiz böyükdür. Biz tez bir zamanda dünyanın 50 ən böyük müdafiə şirkətindən biri olmaq istəyirik. Buna nail olmaq, qlobal rəqabətdə ön plana çıxa bilmək üçün tədarük zənciri və istehsal gücü çox vacibdir. Biz də bunun fərqindəyiq. Strategiyamızı hazırlayan zaman sadəcə “Roketsan”ın böyüməsi, “Roketsan”ın imkanlarının artırılması deyil, həm də bizimlə işləyən bütün ekosistemimizi yüksəltməyi hədəfləyirik”.

“Roketsan” istehsalı məhsullar haqqında danışan M.İkinci, bu baxımdan şirkət sürprizlərinin bitmədiyini və cari ilin sonuna kimi bir çox yeni məhsul təqdim edəcəklərini vurğulayıb.

Daha sonra baş direktor quru, dəniz və hava platformalarından buraxıla bilən “Çakır” qanadlı raketinin üzərində aparılan işlər barəsində məlumat verib: ““Çakır”ın ilk uğurlu atışını həyata keçirdik. Bu ilin sonuna qədər də bütün kvalifikasiyası tamamlanmış məhsulumuzun atışını etməyi və növbəti il seriyalı istehsalına başlamağı hədəfləyirik”.

Murat İkinci sonra olaraq ilk ixracat uğuruna imza atan İHA-230 səsdən sürətli ballistik raketi haqqında danışıb və bəzi vacib məqamlara taxunub: ““Baykar” ilə həyata keçirdiyimiz əməkdaşlıq çərçivəsində “Akıncı” platformasından atılmaq üzrə İHA-230-un ixracanı etdik. Əslində bu onu göstərir ki, biz məhsullarımızı hazırlayıb bazara çıxardıqca onlara tələbat sürətlə artır. Xüsusilə dünyanın dəyişkən quruluşuna nəzər saldıqda əminik ki, bu böyümə ən azı qarşıdakı 10 il ərzində artaraq davam edəcək və qlobal liqada həm “Roketsan”ı, həm ekosistemimizi çox sürətli şəkildə daha üst sıralara daşıyacaq. İlin əvvəlindəki ixracat hədəflərini keçmişik və indi onları yenidən nəzərdən keçirəcəyik. Deyə bilərəm ki, biz artıq 2025-ci il hədəflərimizə çatmağa yaxınıq”.

CATEGORIES
TAGS