ANAMA daha 379 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2023-cü il sentyabrın 18-dən 24-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 379.9 ha ərazi yoxlanılıb, 18 ədəd piyada əleyhinə mina, 11 ədəd tank əleyhinə mina və 40 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
TAGS ANAMA