“SIG Sauer” yeni P320-XTEN ENDURE tapançasını təqdim edib

“SIG Sauer” yeni P320-XTEN ENDURE tapançasını təqdim edib

“SIG Sauer” şirkəti tərəfindən inkişaf etdirilən yeni P320-XTEN ENDURE tapançası təqdim olunub.

“Poliqon” “SIG Sauer”ə istinadən xəbər verir ki, P320-XTEN ENDURE, şirkətin yeni “Endure” seriyasının ilk tapançasıdır.

Müxətlif hava və ətraf mühit şəraitində istifadə edilə bilən P320-XTEN ENDURE-nin lüləsinin uzunluğu 12.7 sm-dir (5 inch). Tapança istehsalçı şirkət tərəfindən müştərilərə standart X-RAY3 gəz və arpacığı ilə təklif olunur ki, bu da istifadəçiyə gecə vaxtı dəqiq nişan almaqla sərrast atəş açmaq bacarığı təmin edir. Həmçinin P320-XTEN ENDURE-nin üzərinə əlavə nişangah və lazer sistemlərinin də taxılması mümkündür.

CATEGORIES
TAGS