“Serp-VS5D” antidron sisteminin sınaqları tamamlanıb

“Serp-VS5D” antidron sisteminin sınaqları tamamlanıb

“Roselektronika” holdinqinin “Vektor” Elmi-Tədqiqat İnstitutu “Serp-VS5D” antidron sisteminin sınaqlarını tamamlayıb.

“Poliqon” Rusiyanın “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verir ki, “Serp-VS5D”, həm tək, həm də sürü şəklində fəaliyyət göstərən dronların qarşısını almaq üçün nəzərdə tutulub.

Antidron sistemi kiçik pilotsuz uçuş aparatlarını (PUA) aşkarlamaq və qarşısını almaq imkanlarını bir cihazda birləşdirir. “Serp-VS5D”, davamlı olaraq dronların əlaqə və idarəetmə kanallarını axtarır və aşkarlayır. Əgər kanal aşkar edilərsə, detektor müvafiq tezlik diapazonlarında bastırmanı aktivləşdirmək üçün əmr göndərir.

Aşkarlama sisteminin rəqəmsal emal alqoritmləri hədəfdən yayınma və yanlış həyəcan ehtimalını minimuma endirməklə mühafizə olunan ərazidə dronların mövcudluğunu dəqiq şəkildə müəyyənləşdirməyə imkan verir. Aşkarlanan hava hədəfinin avtomatik olaraq qarşısını alan “Serp-VS5D” antidron sisteminin bastırma məsafəsi 5 kilometrdir.

CATEGORIES
TAGS