Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Martın 6-da qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğu qeyd edilib, iki ölkə arasında mövcud olan əməkdaşlığın bölgədəki sabitliyi təmin edən əsas amillərdən biri olduğu vurğulanıb.

Sonda Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

CATEGORIES