Qazaxıstan sovet istehsalı olan köhnə hərbi təyyarələri ABŞ-a satır

Qazaxıstan sovet istehsalı olan köhnə hərbi təyyarələri ABŞ-a satır

Qazaxıstan ABŞ-a sovet istehsalı olan 81 ədəd hərbi təyyarə satıb.

“Poliqon” “Reporter” nəşrinə istinadən xəbər verir ki, dəniz yolu ilə ABŞ-a çatdırılan təyyarələrin arasında MiQ-27, MiQ-29 və Su-24-lər yer alıb.

Xatırladaq ki, ötən il Qazaxıstan tərəfindən hərraca çıxarılan bu təyyarələrin istismar müddəti bitib və onlardan təyinatı üzrə istifadə etmək mümkün deyil.

Nəşr bütün bunlara baxmayaraq, təyyarələrin sonradan Ukraynaya verilə biləcəyini qeyd edib.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin mütəxəssisləri bu təyyarələri sökərək onlardan ehtiyat hissə və ya gövdələrini aerodromlarda yerləşdirərək Rusiya tərəfini aldatmaq üçün istifadə edə bilərlər.

CATEGORIES
TAGS