DSX narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb
İyun ayının 18-də saat 15:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 350 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.