Estoniya “Mistral” HHM sistemlərini Ukraynaya çatdırıb
Estoniya “Mistral” qısa mənzilli hava hücumundan müdafiə (HHM) sistemlərini və onların istifadəsi üçün nəzərdə tutulan raketləri Ukraynaya çatdırıb.
“Poliqon” xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin rəsmi “X” hesabında məlumat paylaşılıb.
Xatırladaq ki, ötən ay Estoniyanın müdafiə naziri Hanno Pevkur ölkəsinin yeni hərbi yardım çərçivəsində Ukraynaya açıqlanmayan sayda “Mistral” HHM sistemlərinin və raketlərinin tədarük ediləcəyini açıqlamışdı.